Sayt xəritəsi
 
Bizimlə əlaqə

ADMİNİSTRASİYA



QAYNAR XƏTT

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN  DÖVLƏT UNİVERSİTETİ

Ə M R № _______

 

         Naxçıvan şəhəri                          «______» _____________ 2019-cı il

                     2017/2018-ci tədris ilinin yaz semestrinin 

                     imtahan sessiyasında imtahan  qərargahının və 

                     “Qaynar xətt” xidmətinin yaradılması   

                     haqqında

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ali  təhsil müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin  imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektlivliyi təmin etmək haqqında»  14.05.2018-ci il tarixli F-354 saylı əmrinin icrasını təmin etmək məqsədi ilə

 

Ə M R  E D İ R Ə M:

 

IAzərbaycan Respublikası Təhsil Nazirliyinin 14.05.2018-ci il tarixli F-354 saylı əmri icra üçün rəhbərliyə alınsın.

 

II.Tədris şöbəsinə, Elektron Təhsil şöbəsinə, fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılsın ki, yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsiniobyektivlik və şəffaflığın daha da möhkəmləndirilməsini təmin etsinlər.

 

III.2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının normal şəkildətəlimatlara uyğun qaydada keçirilməsiniyarana biləcək münaqişələrin obyektiv və operativ həllini təmin etmək məqsədi ilə universitetdə aşağıdakı tərkibdə imtahan qərargahı və “Qaynar xətt” xidməti yaradılsın:

 

1. Rəhimov Rafiq Vilayət oğlu              -tədris işləri üzrə prorektor,  sədr

2. Məmmədov Elşən Nemət oğlu     -universitet həmkarlar ittifaqı komitəsinin sədri, üzv

3. Eliyev Şahin Əli oğlu          -tədris şöbəsinin müdiri, üzv

4. Əliyeva Səadət Əli qızı        -universitetin mətbuat şöbəsinin müdiri, üzv

5. Tağıyev Elgün Bəşir oğlu        -Elektron Təhsil şöbəsinin baş inspektoru

6. Səfərova Zümrüd Rasim qızı         - Universitet Tələbə Gənclər Təşkilatının sədri, üzv 

 

 

 

IV. Qərargaha və “Qaynar xətt” xidmətinə tapşırılsın ki, fəaliyyətini  obyektivlik  və aşkarlıq şəraitində, mövcud təlimatlar əsasında qursun, imtahanlarda şəffaflığın daha da möhkəmləndirilməsini, müraciətlərin müvafiq qaydada baxılıb araşdırılmasını, imtahanlarda ictimai nəzarətin gücləndirilməsini təmin etsin, fəaliyyəti barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə gündəlik məlumat versin, imtahan sessiyası bitdikdən sonra Nazirliyə  hesabat  təqdim  etsin.

 

V. Qərargahın  və “Qaynar xətt” xidmətinin yaradılması və telefonları (545-39-29; 545-20-32) barədə məlumat bütün fakültələrin «İmtahan guşə»lərində nəzərə çatdırılsın.

 

VI. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

                                                 ƏSAS: Azərbaycan Respublikası Təhsil Nazirliyinin

                                                          14.05.2018-ci il tarixli F-354 saylı əmri və  

                                                                            rektorun sərəncamı

 

 

 

 

R E K T O R :                                      prof. S.H.MƏHƏRRƏMOV

 

 

 

Paylanılsınbütün fak. kom. sədri