Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



MƏRKƏZİN ƏSASNAMƏSİ

Naxçıvan Dövlət Universiteti əlilliyi olan tələbələrin inkişaf resursları və imkanlarını araşdırmaq, inkişaf etdirmək, eləcə də onların təhsilə inteqrasiyanı təmin etmək üçün yaradılmış Əlilliyi olan tələbə mərkəzinin mənəvi və hüquqi vəzifəsini tanıyır.

 

Universitetin məqsədi əlil tələbələr üçün maneələrin aradan qaldırılması, lazımi şəraitin yaradılması, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq Universitet xidmətlərindən, proqram və obyektlərdən istifadənin təmin edilməsi, onların Universitet birliyinin iştirakçı üzvləri olaraq qarşılanmasıdır.

 

1. Ümumi müddəalar

1.1 Bu əsasnamə Əlilliyi olan tələbə mərkəzinin fəaliyyətini tənzimləyən bir proqramdır. Əlilliyi olan tələbə mərkəzi Naxçıvan Dövlət Universitetinin (bundan sonra "Universitet") bir struktur vahididir (bundan sonra "Mərkəz") və universitetin nəzdində inkişaf fəaliyyətinin həyata keçirilməsi üçün yaradılmışdır. Mərkəz "Əlilliyi olan tələbələrin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması» (ESFIDIP) TEMPUS layihəsi çərçivəsində yaradılıb.

         1.2 Mərkəz əlilliyi olan tələbələrin inkişaf resurslarını və imkanlarını aşkarlayan, eləcə də onların təhsilə inteqrasiyasını təmin edən bir struktur vahididir. Mərkəz əlilliyi olan şəxslərin təhsil və təlim resurslarının, bacarıqlarının inkişafına, eləcə də potensiallarının artırılmasına dəstək ola bilər.

1.3 Mərkəz Universitetin Rektoruna tabedir.

1.4 Mərkəz Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüquq müddəalarına, Azərbaycan  Respublikasının "Təhsil haqqında" və " Əlilliyi olan şəxslər üçün Təhsil (Xüsusi Təhsil)" qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və normativ qaydalara, o cümlədən bu əsasnaməyə uyğun fəaliyyət göstərir.

 1.5 Mərkəzin təşkilati strukturu və koordinatoru Universitet rektoru tərəfindən təsdiq edilir.

             1.6 Mərkəzin koordinatoru Mərkəzin fəaliyyəti üçün məsul şəxsləri təyin edir.

        1.7 Mərkəzin layihə çərçivəsində əldə olunmuş maddi resursları və avadanlıqları layihə başa çatdıqdan sonra Universitetin istifadəsinə veriləcəkdir. Mərkəzin fəaliyyəti həmçinin ianələr, proqramlar və layihələrlə dəstəklənəcəkdir. Mərkəz məqsədinə nail olmaq üçün universitetin mülkiyyətindən də istifadə edə bilər.

              1.8 Mərkəzin fəaliyyəti rektor tərəfindən təyin edilmiş məsul şəxs tərəfindən müəyyən edilir.

       1.9 Mərkəz öz fəaliyyəti barədə Universitetinin rektoruna hesabat verir.

 

2. Tapşırıqlar və Mərkəzin məqsədi

 

 2.1 Mərkəzin əsas məqsədi əlil tələbələrin ali təhsil müəssisələrində təhsil imkanlarını və bütövlükdə onların təhsilə inteqrasiyasını təbliğ etməkdir.

         2.2 Mərkəz öz məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

-     Əlil tələbələrin təhsil imkanları və resurslarla təmin edilməsi;

-     Əlil tələbələrin təhsilə cəlb edilməsi və motivasiyası;

-     Könüllü olaraq əlil tələbələr üçün təlim kurslarının təşkili;

-     Eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsi;

-     Əlillik haqqında maarifləndirmənin artırılması.

 

 

 

 Mərkəzin koordinatoru:  Rüstəm Tofiq oğlu Məmmədov

 E-mail: rustem.ndu@ndu.edu.az