Sayt xəritəsi

ELM VƏ TƏHSİL



QAYDALAR

 

Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən şəxs müraciət formasını dolduraraq distance.nsu@gmail.com elektron poçt ünvanına göndərməlidir. Sorğusu qəbul olunduqdan sonra təhsil haqqını göstərilən bank hesabına ödəyərək qəbzin surətinin elektron versiyasını distant təhsil mərkəzinin elektron poçt ünvanına təqdim etməlidir.

 

Bundan sonra onun adı tələbələr siyahısına daxil ediləcək və onun elektron poçtuna  istifadəçi adı və şifrə göndəriləcəkdir.

 

Təhsil prosesini vaxtında başa çatdırmaq üçün tədris proqramının tələblərini mütəmadi yerinə yetirməlidir. 

 

Təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 

  • müraciət foması (doldurulmuş şəkildə);
  • seçdiyi təhsil pilləsindən asılı olaraq aşağı təhsil pilləsini bitirmə haqqında sənədin (diplom və ya sertfikat), həmçinin keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən sənədlərin (transcript) elektron forması
  • ümumvətəndaş pasportun və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə) surətinin elektron versiyası
  • 3x4 ölçüdə foto şəklin elektron versiyası

 

 

Müraciətə müsbət cavab verildikdən sonra həmçinin sənədlərin sürətinin notarial qaydada təsdiq olunmuş surətləri universitetə poçt vasitəsilə göndərilməlidir.