Sayt xəritəsi

ADMİNİSTRASİYA



TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR

ARAZ İBRAHİM OĞLU ZALOV

Araz İbrahim oğlu Zalov 25 fevral 1950-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmiş, təyinatla Naxçıvan şəhərindəki 5 saylı tikinti trestinin dəmir-beton məmulatları zavodunda əmək fəaliyyətinə başlamış, 1985-ci ilədək həmin trestdə müxtəlif vəzifələrdə işləmişdir. 1985-1995-ci illərdə Naxçıvan Üzlük Plitələr zavodunda direktor, 1 saylı tikinti trestində baş mühəndis, Naxçıvan Muxtar Respublika Kommunikasiya Komitəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir.

1995-ci ildən Naxçıvan Dövlət Universitetinin təsərrüfat işləri üzrə prorektorudur.

Səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.

İş tel: +(994 36)  544-08- 61  Daxili: 10 05