Sayt xəritəsi

ADMİNİSTRASİYA



HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi professor-müəllim heyətini, həmçinin tədris-koməkçi, texniki və təsərrüfat işçilərini əhatə etməklə ətrafında 700 nəfərə yaxın əməkdaşı birləşdirir. Komitənin hər bir fakültədə ilk təşkilatı da vardır.
Universitet Həmkarlar İttifaqı Komitəsi İcraiyyə komitəsi tərəfindən idarə olunur. Həmkarlar İttifaqı Komitəsinin nəzdində 4 daimi komissiya fəaliyyət göstərir:
  • Sosial məsələlər;
  • Mədəni-kütləvi işlər;
  • Tədris, elm və asudə vaxtın təşkili;
  • Maliyyə, təftiş və təsərrüfat işləri komissiyaları.
 
Komitə öz işini mövcud qanunvericilik və müvafiq nizamnamə əsasında qurur.

Həmkarlar İttifaqı Komitəsinin sədri fizika-riyaziyyat elmləri namizədi, dosent Elşən Neymət oğlu Məmmədovdur.