Sayt xəritəsi

ADMİNİSTRASİYA



HİK SƏDRİ

MƏMMƏDOV ELŞƏN NEYMƏT OĞLU - NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri. Fizika-riyaziyyat elmləri namizədi, dosent
 
Qısa bioqrafik məlumat

1967-ci il avqustun 07-də Şərur rayonunun Tumaslı kəndində anadan olub.

1974-1984-cü illərdə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsil alıb.

1984-1991-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb və fərqlənmə diplomu ilə təhsilini bitirmişdir.

1991-ci ildən Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının əməkdaşıdır. 2008-2013-cü illərdə informatika kafedrasının müdiri vəzifəsində işləmişdir.




Elmi dərəcəsi və elmi adı


2008-ci il AMEA-nın Mexanika-riyaziyyat İnstitunda “Çəkili fəzalarda operator diferensial tənliklərin həlli və bəzi spektral məsələlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış, dosentdir.

 

 


Əmək fəaliyyəti

1991-ci ildən NDU-nun İnformatika kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, dosent işləyir.

Apardığı dərslər: İnformatika, Elm və təhsildə kompquter texnologiyası, Hüquqi informatika. 5 kitabin, 3 metodik vəsaitin, 3 fənn proqramı, 25 elmi-məqalənin müəllifidir.




Tədqiqat sahəsi

Diferensial tənliklər


Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

2007, İran İslam Respublikası, Urmiya şəhəri

2011, Türkiyə Respublikası, Qars şəhəri

2012, Türkiyə Respublikası, Elazığ şəhəri

2012, Almaniya Respublikası Berlin, Drezden, Leypsiq




Əsərlərindən seçmələr

1. 2001, Windows mühit örtüyünə dair çalışmalar

2. 2005, QBasic dilində proqramlaşdırma

3. 2006, On a fourth order operator-differetial equation in Hilbert space

4. 2006, On the regular solvabitily of one Boundary-Value problem in weight spaces

5. 2006, On completeness of a part of eigen and adjoined elements of second order  

    operator bundles

6. 2009, О полноте части корневых векторов для одного класса

    полиноминальных операторных пучков второго порядка

7. Metodik vəsait “Adi diferensial tənliklərin təqribi hesablanması”

8. Dərslik “Proqram paketlərindən istifadə etməklə riyazi məsələlərin həlli”

9. Proqram “Əməliyyat sistemləri”



İş telefonu: +(99436) 545-31-70
E-mail:
elsheninfo@mail.ru