Sayt xəritəsi

ADMİNİSTRASİYA



TƏDRİS ŞÖBƏSİ

Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsi universitetdə tədris-metodiki işlərin təşkili və əlaqələndirilməsi ilə bağlı məsələlərlə məşğul olur. İxtisaslar üzrə tədris planlarının, işçi planların, tədris tapşırıqlarının, kafedraların dərs bölgülərinin hazırlanmasında iştirak edir, onları yoxlayıb təsdiqə təqdim edir.

Tələbələrin universitetə qəbulu, onların möhlət və bərpa əmrləri, kursdan-kursa keçmələri, məzun olma, diplom vermə və s. barədəki  müvafiq işlər də bu şöbə tərəfindən həyata keçirilir.

Şöbə universitetdə açıq dərslərin təşkili, saathesabı tədris fondunun icrası  və sair məsələlərlə əlaqədar nəzərdə tutulan işləri təşkil edir.

Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Rafiq Vilayət oğlu Rəhimovdur.

Əlaqə telefonu: (+99436) 545-20-32