Sayt xəritəsi
 
Bizimlə əlaqə

ADMİNİSTRASİYA



ÜMUMİ MƏLUMAT

İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsi  (İKTET) 2009-cu ildə İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi kimi fəaliyyətə başlamış, 2018-ci ildə İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsi  olaraq adlandırılmışdır.

 

İKT və ET şöbəsi  qurulduğu gündən universitetdə bir çox mühüm işlər görmüşdür.


2009-cu ildə universitetdə ”CİSCO texnologiyaları əsasında”  bütün universiteti əhatə edən lokal şəbəkə quraşdırılmışdır. Universitetin hər bir tədris binasında Wireless antenalar qurularaq istifadəyə verilmişdir. Hotspotlar (Wi-Fi) vasitəsi ilə universitetin 108 hektarlıq kampusunda simsiz internet şəbəkəsi qurulmuşdur.  Hazırda isə universitet kampusunda yerləşən binalar arasında optik kabel vasitəsi ilə əlaqə yaradılmışdır.

 

Universitet internetlə təmin olunan gündən bir çox xarici universitetlərlə HD keyfiyyətli video bağlantılar, telekörpülər qurulmuşdur. Bunun nəticəsində xarici universitetlərlə əlaqələr daha da möhkəmlənmişdir.


Naxçıvan Dövlət Universitetinin rəsmi internet səhifəsi yaradılmışdır. Universitetin həyatında gündəlik baş verən bütün dəyişikliklər internet səhifəsində yerləşdirilir.
Universitetin internet səhifəsi www.ndu.edu.az   e-mail adresi: info@ndu.edu.az  admin@ndu.edu.az  -  dır. Universitetdə bütün informasiya texnologiyaları resursları qeydiyyata alınmışdır.


Universitet kollektivinin kompyuter biliklərini artırmaq üçün bir çox kurslar və seminarlar keçirilir.
Mərkəzin əsas vəzifələrindən biri də universitetdəki kompyuterlərin təhlükəsizliyini təmin etmək və texniki xidmət göstərməkdir. Mərkəzdə əlavə olaraq proqramların hazırlanması, web səhifələrin dizayn olunması, ümumi dizayn işləri, şəbəkələrin və yüksək səviyyəli təhlükəsizlik sistemlərinin qurulması, serverlərin sazlanması, onların təhlükəsizliyinin təmin edilməsi işləri də yerinə yetirilir. Universitetin bütün tədris binalarında təhlükəsizlik  kameraları birləşdirilmişdir. Universitetin şöbə, kafedra və fakültələri son illərdə yeni informasiya texnologiyaları ilə təmin olunmuşdur.

 

2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsi 2013-cü il yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Qrant sazişinin imzalanma mərasimi ilə hüquqi satus qazanmışdır. 2015-ci ildə isə layihə çərçivəsində görüləcək işlər tamalanmış və həmin ildən etibarən də İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi istifadəyə verilmişdir.  Bu işlərin yekunu olaraq nsu.edu.az internet portalı istifadəyə verilmişdir. İnternet portal vasitəsilə akademik idarəetmə, elektron imtahan, elektron sənəd dövriyəsi və e-mail xidmətləri həyata keçirilir. Eyni zamanda elektron imtahan otaqlarında  və elektron auditoriyalarda nəzarət kameraları quraşdırılmışdır. Həmçinin universitetin şöbə, kafedra və fakültələrində 200 ədəd İP telefon quraşdırılmışdır. Fakültələrdə elektron elanları yerləşdirmək üçün monitorlar quraşdırılmışdır.

 

 

 

İnformasiya-kommunikasiya texnologiyaları və ET şöbəsi  haqqında

 

Bu şöbə kamera nəzarət sistemi, server və texniki təminat otağından ibarətdir. Kamera nəzarət sistemi otağında 2 komyuter, kameralara nəzarət etmək üçün 2 monitor quraşdırılmışdır. Şöbədə bütün məlumatların yaddaş serveri, İP telefon serveri, müşahidə kameralarının yaddaş qurğusu, elektron təhsil serveri, akademik idarə etmə serveri, 2 ədəd portal serveri, bütün məlumatların arxivləşdirilməsi üçün server, messenger server, elektron poçt serveri yerləşdirilmişdir.

 

Server otağında internet paylaşdırıcı sviçlər və yanğından mühafizə sistemi quraşdırılmış, serverlər generatora birləşdirilmiş və əlavə olaraq 30 KVA-lıq UPS qoyulmuşdur. Təhlükəsizlik məqsədi ilə qapılara kartla giriş sistemi quraşdırılmışdır.

 

Texniki təminat otağı avadanlıqların təmiri üçün nəzərdə tutulmuşdur.

 

Şöbə həmçinin universitetdə Elektron təhsilin təşkili və həyata keçirilməsini təmin edir.

 

 


-    Boloniya prosesinin prinsiplərinə uyğun olaraq tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsinə tam nail olmaq


-    Distant təhsili həyata keçirmək


-    Xarici ölkələrdən, respublika ali məktəblərindən müəyyən olunmuş alimlərin vasitəsilə fakültələrarası səviyyədə onlayn dərslərin təşkilini həyata keçirmək


-    Elektron təhsilin proqramlaşdırılmasına  nail olmaq


-    İmtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankının yaradılması

 

-    Semestr imtahanlarının test üsulu ilə keçirilməsini təmin etmək 



Missiya və Viziyon:

Missiyamız: texnologiyanı yaxından izləyərək, təhsil və araşdırmalara dəstək təmin etmək, universitetimizin ehtiyac duyacağı digər məlumat əməliyyat xidmətlərini əskiksiz olaraq yerinə yetirməkdir.


Viziyonumuz: universitetlər arasında informasiya infrastrukturu, istifadəçi məmnuniyyəti, təşkil edilən fəaliyyətlər, verilən xidmət keyfiyyəti və müxtəlifliyi baxımından ən üst sıraya yerləşmək, dünyanın nüfuzlu universitetlərinin məlumat-əməliyyat mərkəzləri ilə müqayisə edilə bilən keyfiyyət və texnologiyaya sahib ola bilməkdir.

Bizimlə əlaqə:

Şöbə müdiri:
Anar Qadir oğlu Hüseynov
İş tel: (+99436) 544-08-63
E-mail:
anarhuseynov@ndu.edu.az 

 

Müdir müavini: Elgün Bəşir oğlu Tağıyev

E-mail: elgn.tayev@mail.ru 

  

Böyük mühəndis: Əli Miryasin oğlu Eminov

E-mail: seyideminov@ndu.edu.az

 


Böyük mühəndis: Rəmzi Həmid oğlu Mehdizadə

E-mail: remzimehdizade@ndu.edu.az

 

Böyük mühəndis:  Əbülfəz Əkbər oğlu Əliyev

E-mail: ebulfezeliyev@ndu.edu.az  

 

Proqramçı-mühəndis: Əzizə Səməd qızı Nağısoy

E-mailezizenagisoy@ndu.edu.az 

 

Mühəndis: Rafiq Qasım oğlu Hacıyev

E-mail:  rafiqhaciyev@ndu.edu.az

 

 

 

İnspektor: Gülnaz Zəfər qızı Rzayeva

E-mail: ets.ndu@gmail.com