Sayt xəritəsi

ADMİNİSTRASİYA



TƏLİMAT VƏ QAYDALAR

TƏSDİQ EDİRƏM:
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN
REKTORU:_____________ prof. SALEH MƏHƏRRƏMOV




Naxçıvan Dövlət Universitetinin proqram-aparat kompleksinin istifadəsi üzrə

TƏLİMAT

Ümumi müddəalar:

Kompyuter, ofis texnikası və şəbəkə avadanlıqları ilə işləyən hər bir istifadəçi cari təlimatlara əməl etməlidir. Təlimat hər bir iş yerində olmalıdır.

İstifadəçilər üçün zəruridir:
  1. Kompyuter, ofis texnikası və şəbəkə avadanlıqları ilə işləmək üçün bilik və vərdişlərin artırılması
  2. İnternet xidmətindən istifadə etmək üçün sistemdə qeydiyyatdan keçmək
  3. Yaradılmış və mövcud sənədləri D:\ diskində saxlamaq
  4. Məlumat bazasını və işlək faylları lokal disklərə, şəbəkə disklərinə, optik disklərə və yaddaş qurğularına müntəzəm olaraq rezerv kopyalamaq
  5. Həvalə olunmuş resurlarla iş zamanı yaranan problemlər barədə İKT şöbəsinə müraciət etmək
  6. İstifadəçiyə məlum olan parolları və sənədləri yaymamaq
  7. İKT şöbəsinin, kompyuterlərin düzgün istismarına yönəlmiş göstərişlərini yerinə yetirmək
  8. İKT şöbəsinin səlahiyyətli işçisinin tələblərini yerinə yetirmək
  9. Quraşdırılmış avadanlığı kənar şəxslərdən qorumaq
  10. İKT şöbəsinin səlahiyyətli işçisinə kompyuter və qurğularla iş üçün maneəsiz şərait yaratmaq

İstifadəçinin hüquqları:
  1. Müəyyən olunmuş qaydalarla ona həvalə olunmuş kompyuter, ofis texnikası və şəbəkə resurlarını istifadə etmək
  2. Kompyuterdə görülən işlər və resurların istifadəsi ilə bağlı İKT şöbəsinə kömək üçün müraciət etmək

İstifadəçilərə qadağandır:
  1. Şəbəkəyə qeydiyyata alınmamış kompyuterləri qoşmaq
  2. Virus və zərərli proqramlara qarşı yoxlanılmadan yaddaş qurğularından istifadə etmək
  3. Çirkli və qeyri-standard kağızlarda çap etmək
  4. Özbaşına proqramlar (əməliyyat sistemi və s) yazmaq, yenidən yazmaq, dəyişmək, modifikasiya etmək və silmək
  5. İKT şöbəsinin icazəsi olmadan, xidməti öhdəlikəri yerinə yetirmək üçün lazımsız olan   proqramları istifadə etmək
  6. Şəbəkə vasitəsilə vətəndaşların şərəf və ləyaqətini təhqir edən məlumatları yaymaq və ya  yayılmasına   şərait yaratmaq
  7. İKT şöbəsinin icazəsi olmadan kanalların yüklənməsinə səbəb olacaq kanalhəcmli resurlarla   işləmək (real video, real audio, çat və s)
  8. İstifadəçiyə həvalə olunmuş kompyuter və ofis texnikasından kənar şəxslərin istifadəsi üçün şərait yaratmaq (İKT şöbəsinin işçiləri istisna olmaqla)
  9. Kompyuterin işinə, şəbəkə qurğularına və şəbəkə resurslarına təsir göstərəcək əməliyyat sistemi və proqramların seçənəklərini özbaşına dəyişmək (printer və desktop seçənəkləri istisna olmaqla)
  10. Sənədləri desktopda, sistem qovluqlarda və ya root qovluqda saxlamaq
  11. Digər xidməti iş yerinə keçirildikdə bölməyə aid olan qurğuları aparmaq
  12. Şəbəkədə istifadəçi kompyuterlərinə qanunsuz daxil olmağa və qurğulardan istifadəyə cəhd etmək
  13. Proqram və aparat təminatından qeyri-xidməti, kənar məqsədlər üçün istifadə etmək
  14. İnternet və poçtdan qeyri-xidməti məqsədlər üçün istifadə etmək
  15. Mənbənin etibarlılığına əmin olmadıqda poçt məktublarına birləşdirilmiş faylları (*.pif,*.bat,*.exe,*.com,*.doc,*.xls, ) açmaq və ya işə salmaq
  16. Kompyuterdə qovluqları açıq akseslə, baxımsız, ekranın blokunu aktiv etmədən qoyub getmək
  17. Kompyuter, printer, skaner, şəbəkə və s periferik qurğuları sökmək, açmaq, hissələrə ayırmaq.
  18. Avadanlıqların yaxınlığında qida qəbul etmək
  19. Məlumat ötürmə funksiyasına malik qurğuları (modem, mobil telefon, access point, datakart   və s) kompyuterə qoşmaq
  20. Özbaşına olaraq kompyuterləri, printerləri, skanerləri, noutbukları, şəbəkə qurğularını əlaqələndirmək
  21. Kompyuter və digər qurğulara texniki xidmət göstərilməsi üçün İKT şöbəsinin icazəsi olmadan kənar şəxsləri cəlb etmək
  22. Qurğuların üzərinə kağız və digər əşyaları qoymaq, üzərini örtmək

Məsuliyyət:
  1. İstifadəçi qorunan məlumatların silinməsinə, kompyuter sisteminin və ya şəbəkəsinin işinin pozulmasına və zədələnməsinə görə müvafiq qaydada məsuliyyət daşıyır.
  2. Cari təlimatı pozan istifadəçilərə rəhbərliyin qərarı ilə İKT şöbəsi tərəfindən müvafiq qaydada  qadağalar qoyulacaqdır.

İşin yekununda təhlükəsizlik:
  1. İş günün sonunda kompyuter və qurğular elektrik şəbəkəsindən ayrılmalıdır.
  2. İş zamanı qeydə alınmış qəza və nasazlıqlar barədə İKT şöbəsinə məlumat verilməlidir.