Sayt xəritəsi

ADMİNİSTRASİYA



ÜMUMİ MƏLUMAT

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi 1992-ci ildə təşkil olunmuşdur. Beynəlxalq Əlaqələr Şöbəsi 1999-2001-ci illərdə Tempus Layihəsi çərçivəsində Avropa standartlarına uyğun olaraq yenidən qurulmuşdur. Belə ki, 1999-cu ildə Avropa Şurasının “Tempus” proqramı çərçivəsində rektor, akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış  “Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr Şöbəsinin yaradılması” layihəsi Avropa Komissiyasının universitetlərarası müsabiqəsində qəbul olunmuşdur.

Layihə çərçivəsində Avropa universitetlərinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olmuş, təcrübə mübadiləsi aparılmışlar. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və əməkdaşları layihə əsasında Avropa universitetlərindən iş təcrübəsini öyrənmişlər. Bundan başqa, layihə əsasında Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr Şöbəsi yenidən formalaşdırılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. Fəaliyyətə başladığı gündən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır.

Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası,  Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Röya İsa qızı Səfərovadır.

 

Tel.: +994 36 545-08-68

         +(994 36)  544-08- 61  Daxili: 1018

E-mail: iro@ndu.edu.az