Sayt xəritəsi

ADMİNİSTRASİYA



BEYNƏLXALQ LAYİHƏLƏR

TEMPUS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIQ 

Naxçıvan Dövlət Universiteti Avropa Şurasmm TEMPUS proqramı üzrə keçirilən müsabiqədə aşağıdakı Qrant layihələrinin iştirakçısı və icraçısı olmaq imkanı qazanmışdır: 

  1. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ ƏLAQƏLƏRİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI (1999-2001-ci illər)

    Layihənin müəllifı
    İsa Həbibbəyli - Naxçıvan Dövlət Universitetinin rektoru, professor

    Layihənin rəhbəri
    Braunşvayq Texniki Universiteti (Almaniya)

    İştirakçılar
    Paris-8 - Universiteti (Fransa)
    Preston Mərkəzi Lankaşir Universiteti (İngiltərə) Naxçıvan Dövlət Universiteti

    Layihənin icra edilməsi nəticəsində Naxçıvan Dövlət Universitetinin əməkdaşları Avropadakı tərəfdaş universitetlərdə fəaliyyət göstərən Beynəlxalq əlaqələr şöbəsinin iş təcrübəsi ilə tanış olmuşlar. Bundan başqa, layihə üçün ayrılmış qrant əsasmda Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr şöbəsi yaradılmış və müasir texnologiya ilə təchiz edilmişdir. Bu Qrant layihəsi Naxçıvan Dövbt Universitetinin Avropa universitetlərinə inteqrasiya baxımından ilk addım olmuşdur.

  2. AZƏRBAYCANDA ŞİFAHİ VƏ YAZILI TƏRCÜMƏNİN YENİDƏN FORMALAŞDIRILMASI (2010-2012-ci illər) 511329-TEMPUS -1 -2010-1 -AZ-TEMPUS-UPSR

    Layihənin müəllifi və rəhbəri
    Azərbaycan Dillər Universiteti 

    Layihənin iştirakçıları
    Naxçıvan Dövlət Universiteti 
    Lənkəran Dövlət Universiteti 
    Gəncə Dövlət Universiteti
    Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutu 
    Milano Tvise Məktəbi (İtaliya) 
    Leypsik Universiteti (Almaniya) 
    Strasburq Universiteti (Fransa)
    Esseks Universiteti (İngiltərə)

    Qrant layihəsinin həyata keçirilməsi əsasmda Naxçıvan Dövlət Universitetinin «İngilis dili» kafedrasının əməkdaşları Avropa universitetlərində dil hazırlığı və tərcümə işinin təşkilinə dair treninqlərdə iştirak edərək beynəlxalq təcrübəni öyrənmiş, müvafıq sertifıkatlar almışlar. Bundan başqa, Bakı və Lənkəran şəhərlərində keçirilmiş treninqlərdə tərcümə işinə dair təkmilləşdirmə prosesləri davam etdirilmişdir. «İngilis dili» kafedrasmm müdiri, filologiya üzrə fəlsəfə doktoru Ceyran Quliyeva həm də Azərbaycan treninqlərində dərs deyən müəllim kimi çıxış etmişdir. 
    İcrası davam etdirilən Qrant layihəsi hesabına Naxçıvan Dövlət Universitetində sinxron tərcümə mərkəzinin yaradılması nəzərdə tutulur.

  3. İNNOVASİYALARIN SAHİBKARLIĞA ÖTÜRÜLMƏSİNDƏ UNİVERSİTETLƏRİN ROLUNUN ARTIRILMASI (2010-2010-ci illər) 511337-TEMPUS-l -2010-1 -D-TEMPUS-İPXHES

    Layihənin müəllifi vo koordinatoru
    Leypsik Tətbiqi Elmlər Universiteti (Almaniya)
    Azərbaycan üzrə koordinator
    Naxçıvan Dövlət Universiteti

    İştirakçılar
    Alikante Universiteti (İspaniya)
    Fərqanə Dövlət Universiteti (Özbəkistan)
    Fərqanə Politexnik Universiteti (Ozbəkistan)
    Gəncə Aqrar Universiteti 
    Paulo və Beatriz Konsultasiya Assosiasiyası (Portuqaliya) 

    Naxçıvan Dövlət Universiteti layihənin icrası prosesində Almaniyanın Leypsik və İspaniyanın Alikante Universitetində olmuş, təcrübə mübadiləsi aparmış, beynəlxalq seminarlarda və konfranslarda məruzələrlə çıxış etmişlər. Eyni zamanda, TEMPUS proqramı çərçivəsində 5-6 noyabr 2011-ci il tarixdə Naxçıvan Dövlət Universitetində tərəfdaş ali məktəblərlə birlikdə "İnnovasiya və sahibkarlıq: mövcud təcrübə və modernləşdirmə" mövzusunda beynəlxalq simpozium təşkil olunmuşdur. Simpoziumda Almaniya, İspaniya və Özbəkistan universitetlərinin nümayəndələri iştirak etmişlər. 
    Bundan başqa, 2011-ci ildə Naxçıvan Dövlət Universitetində TEMPUS layihəsinin qrantı hesabına müasir texnologiya ilə təchiz olunmuş "Sahibkarlıq və innovasiya" mərkəzi yaradılmışdır. 

  4. AVROPA İTTİFAQI ŞƏRQ TƏRƏFDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ  BAKALAVR SƏVİYYƏSİNDƏ TİBB TƏHSİLİNİ MÜASİRLƏŞDİRİLMƏSİ  (2011-2013-cü illər) 516664 -TEMPUS - 2011-UK - TEMPUS - İBDR)

    Layihənin rəhbəri
    Lidz Universiteti (İngiltərə)

    İştirakçılar
    UTREX Universitetinin Tibb Mərkəzi (Niderland)
    Qrenada Universiteti (İspaniya)
    Sakoruore Katolik Universiteti (İtaliya) 
    Tbilisi Dövlət Tibb Universiteti (Gürcüstan) 
    Tbilisi Dövlət Universiteti (Gürcüstan) 
    Yoxlama Palatası (Ukrayna)
    İvano-Frankovsk Milli Tibb Universiteti (Ukrayna) Azərbaycan Tibb Universiteti 
    Naxçıvan Dövlət Universiteti
    Təhsilin keyfıyyətinin idarə olunması üzrə Milli mərkəz (Gürcüstan) 
    Milli O.Ohomelets Tibb Universiteti (Ukrayna)

    Layihə üzrə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin əməkdaşlarmm Avropa, Ukrayna və Gürcüstan ali məktəblərində stajirovka keçmələri, beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmələri nəzərdə tutulur.
    Bundan başqa, 2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus Beynəlxalq Tələbə Mübadiləsi proqramının da icrasına başlanılmışdır.

Eyni zamanda, 2010-2011-ci illərdə Naxçıvan Dövlət Universitetində Birləşmiş Krallığm Britiş Konsulluğu xətti ilə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi layihəsi həyata keçirilmişdir.

Həmçinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq miqyaslı elmi konfranslarda məruzələrlə çıxış etmişlər. Eləcə də dünya universitetlərinin alimlərinin də Naxçıvan Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi tədbirlərdə məruzə və çıxışlar etmələri təmin olunmuşdur. Naxçıvan Dövlət Universitetində tərəfdaş universitetlərlə videokonfranslar, videodərslər təşkil edilir.