Sayt xəritəsi

MÜNTƏZƏM VERİLƏN SUALLAR


Bilavasitə sualınız:
men Azerbaycan Dovlet Iqtisad Universitetinin BIM fakultesini bitirmishem,ikinci tehsil huquq tehsili almaq isteyirem,sened qebulu ne vaxtdir ve ferq imtahanlari hansi fenlerdendir zehmet olmasa cavablandirardiniz

Cavab:

Salam, Camaləddin bəy.

Əlavə ali təhsil üçün aşağıdakı elana baxa bilərsiniz. 

 

   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti

2012-2013-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edir.


- Tarix müəllimliyi
- Azərbaycan dili və ədəbiyyat müəllimliyi
- Riyaziyyat və informatika  müəllimliyi   
- Biologiya  müəllimliyi
- Kitabxanaçılıq və  informasiya
- Yerüstü  nəqliyyat  vasitələrinin   mühəndisliyi
- Beynəlxalq münasibətlər
- Xarici  dil  müəllimliyi (ingilis  dili)
- Hüquqşünaslıq
- Dövlət və bələdiyyə idarəetməsi
- Turizm və otelçilik
- İqtisadiyyat
- Mühasibat  uçotu və audit
- Musiqişünaslıq


Əvvəlki ali təhsili  və ya  hazırda (1 ildən  az  olmayaraq ) işlədiyi vəzifəsi seçdiyi   ixtisasa  uyğun  gələn şəxslər  müvafiq  qaydaya əsasən uyğun  ixtisaslar  üzrə  müsabiqədə  istirak  edə  bilərlər.  Əlavə  ali  təhsil  almaq  istəyən   şəxslər  aşağıdakı sənədləri  təqdim  etməlidirlər:


- rektorun  adına ərizə;
- ali  təhsil  haqqında   sənədin (diplomun)  və qiymət  kitabçasından çıxarışın (diploma  əlavə)  notariusda  təsdiq  olunmuş  surətləri;
- 3x4sm  ölçüdə 6 ədəd  fotoşəkil;  
- əmək  kitabçasının  surəti;
- sağlamlıq  haqqında  arayış;
- şəxsiyyət  vəsiqəsi  və  diplom  şəxsən  təqdim  olunur.


    Sənədlər  2012-ci  il   avqust  ayının 31–dək  hər gün (istirahət  günlərindən  başqa )  saat 10:00-dan 16:00-dək  Naxçıvan  Dövlət  Universitetində   qəbul  edilir.  (Əsas bina 2-ci  mərtəbə, 207  saylı  otaq).
Universitetə  sənəd  vermiş  şəxslərlə  müəyyən  edilmiş  qaydada  müsahibə  aparılır.  Müsahibədən    uğurla  keçənlər   müsabiqə   yolu  ilə  əlavə  ali  təhsil  üzrə  tələbələr  sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.  


Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, Əsas bina
Telefon: (+994 36) 545-45-59


 




Sual ver