Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 223-cü məşğələsi keçirilib Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 223-cü məşğələsi keçirilib. “Qurtuluşdan başlanan tərəqqi yolu” adlanan lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda Qurtuluş günü kimi rəsmiləşdirilib, 1998-ci ildən isə dövlət bayram statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilir.
Naxçıvan Dövlət Universitetində imtahanlar elektron qaydada həyata keçirilir 2017-2018-ci tədris ilinin yay semestrində elektron qaydada keçirilən imtahanlar gün ərzində minimum 50 olmaqla 70-ə yaxın sayda keçirilir. Tələbələr elektron qaydada təşkil edilən imtahanlardan savayı ənənəvi-yazılı qaydada da imtahan verirlər.
İncəsənət fakültəsinin növbəti solo konserti keçirilib Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib. Konsert fakültənin Solo oxuma ixtisası üzrə IV kurs tələbəsi Məhərrəm Quliyevin iştirakı ilə keçib.
Universitetdə növbəti kitab təqdmatı keçirilib Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin Tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.