"Naxçıvan Dövlət Universiteti mənim həyatımda” yazı müsabiqəsinin mükafatlandırma mərasimi olub Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixli Sərəncamdan irəli gələn “Tədbirlər planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yazı müsabiqəsinə yekun vurulub.
Görkəmli alimin 90 illik yubileyi qeyd olunub Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü qeyd olunub Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Tibb fakültəsində 13-cü məzuniyyət gününün keçirilməsinin əlamətdar tarixə-Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə, universitetin reytinq cədvəlində I yerə çıxması ərəfəsinə təsadüf etməsini fərəhləndirici hal kimi dəyərləndirib.
Fəlsəfə fənnindən minimum imtahanı keçirilib Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün elektron-test üsulu ilə fəlsəfə fənnindən minimum imtahanı keçirilib. İmtahanda ümumilikdə 16 nəfər elmi tədqiqatçı iştirak edib.
NDU-nin 50 illik yubileyi Babək rayonunda qeyd olunub Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi Babək rayonunda da qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbiri muxtar respublikanın Təhsil naziri Məmməd Qəribov açaraq elm və təhsilin hərtərəfli inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb.
13.06.2017
Milli Qurtuluş gününə həsr olunmuş konsert Naxçıvan Dövlət Universitetində 15 iyun – Milli Qurtuluş günü münasibətilə İncəsənət fakültəsinin İfaçılıq kafedrasının baş müəllimi Fəridə Ağayevanın tələbə və magistrlərlə birgə konserti keçirilib.