Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ İCLAS KEÇİRİLİB

03.11.2017

 İclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə bir qrup əməkdaşın “Tərəqqi” medalına və müxtəlif fəxri adlara layiq görülməsini Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə dövlət səviyyəsində yüksək münasibətin daha bir ifadəsi olduğunu deyib.  Vurğulanıb ki, təhsilin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə 7 əməkdaşın “Tərəqqi” medalına, 8 əməkdaşın Azərbaycan Respublikasının Əməkdar müəllimi, 16 əməkdaşın Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 1 əməkdaşın “Əməkdar mədəniyyət işçisi”, 1 əməkdaşın isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülməsi bütövlükdə universitetin fəaliyyətinə verilən yüksək qiymətdir.  Rektor təltif olunanları təbrik edib və onlara bundan sonrakı elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, “Tərəqqi” medallı Qənirə Əsgərova, Ümumi riyaziyyat kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhəmməd Hacıyev, Memarlıq və mühəndislik fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Cavanşir Zeynalov, Kitabxanaçılıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” Nəzakət İsmayılova,  Bədən tərbiyəsi və idman kafedrasının müdiri Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev təltifolunanlar adından minnətdarlıq ediblər.

Müəllim yoldaşlarının sevincinə şərik olan universitetin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zəhmət Şahverdiyev təltiflərin və fəxri adların muxtar respublikamızda elm və təhsilin inkişafını, o cümlədən mədəni tərəqqini daha da sürətləndirəcəyinə əminliyini ifadə edib.

Tədbirə yekun vuran rektor bu il 50 illik yubileyini qeyd edən Naxçıvan Dövlət Universitetinin maarifçiliyin və ali təhsil sisteminin inkişafın, ixtisaslı kadrların yetişdirilməsi, elmi və ali təhsil mühitinin formalaşması və zənginləşdirilməsi  istiqamətindəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini vurğulayıb.