Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ ELMİ KİTABXANASINDA “06 NOYABR – TELEVİZİYA VƏ RADİO İŞÇİLƏRİ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB.

06.11.2017

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq universitetdə və muxtar respublikada fəaliyyət göstərən televiziya və radio işçilərini peşə bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində muxtar respublikanın informasiya blokadası ləğv edilərək azad mətbuatın inkişafı təmin olunub. Vurğulanıb ki,  Naxçıvan MR Ali Məclisi sədrinin qayğısı sayəsində həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi çərçivəsində “Universitet” televiziyası müasir texnologiyalarla təchiz olunub, burada virtual studiya quraşdırılıb.

Universitetin Mətbuat şöbəsinin müdiri, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Səadət Əliyeva ali təhsil ocağında  2000-ci ildə  mətbuat xidmətinin yaradılması, 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkili haqda danışıb. Qeyd olunub ki, universitet həyatında baş verən mühüm tədbirlər media mərkəzində işıqlandırılır, muxtar respublikada və kənarda mövcud olan kütləvi informasiya vasitələrinə operativ şəkildə  çatdırılır.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva 2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanıldığını, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkilini bu sahədə işlərin başlanğıcı kimi dəyərləndirib.
Bildirilib ki,  2011-ci ilin aprel ayından nəşrə başlayan “Yeni Fikir” qəzeti, “Nuhçıxan” universitet radiosu, universitet televiziyası (UTV)  jurnalistika ixtisasında təhsil alan tələbələrin nəzəri biliklərinin təcrübi olaraq zənginləşdirilməsində mühüm rol oynayır.

Tədbir diskussiya şəklində davam edib.