Sayt xəritəsi

XƏBƏRLƏR

12 NOYABR KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

10.11.2017

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk konstitusiyası” adlı dəyirmi masa keçirilib.  Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov  1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 20 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.

Dövlət Konstitusiyasının qəbul olunma tarixi haqqında tədbir iştirakçılarına məlumat verən Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Pərviz Qəribov Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən danışıb.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilmədiyini xatırladan kafedranın müəllimi Reyhan Sadiqova 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk Konstitusiyası olduğunu diqqətə çatdırıb. Respublikada son illərdə dövlətimizin başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını diqqətə çatdırıb.

Dəyirmi masa tələbələrin mövzu ilə bağlı suallarının müzakirəsi ilə davam edib.