Sayt xəritəsi

XƏBƏRLƏR

ELMİ KONFRANS KEÇİRİLİB

29.11.2017

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik  fakültəsində “ADSL-modem texnologiyalarının tətbiqi qaydaları” mövzusunda elmi konfrans keçirilib.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tədbiri giriş sözü ilə açaraq qloballaşan dünyada internetin mühüm rolunu qeyd edib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd internet şəbəkəsinə qoşulma zamanı baş verə biləcək problemləri və onların həlli yollarını göstərmək, gəncləri bu sahədə maarifləndirməkdən ibarətdir.

“Rabitə və informasiya texnologiyaları” kafedrasının müəllimi İlham Süleymanov hazırladığı video təqdimatda ADSL modem texnologiyalarının yaranma tarixi və istifadə qaydaları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, ADSL-adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyasıdır. ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirilib. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradılıb. Vurğulanıb ki, hal hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Buna səbəb isə ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır. Təqdimatda ADSL texnologiyalarının təşkili və fəaliyyət prinsipi  geniş izah olunub.

Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.