Sayt xəritəsi

XƏBƏRLƏR

DƏYİRMİ MASA KEÇİRİLİB

01.12.2017

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə və muxtar respublikada əlil insanlara göstərilən dövlət qayğısından danışıb, əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasının, onlara ictimai həyatın bütün sahələrində iştirak imkanları yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunda başlıca komponentlərdən olduğunu vurğulayıb.

Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Yaşar Rzayev əlilliyin tibbi-sosial aspektləri, əlillik dərəcələri barədə məlumat verib.  Vurğulanıb ki, əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Qeyd olunub ki, əlillik eyib sayılmamalıdır və cəmiyyət bu insanlara qarşı daim diqqətli olmalı, onları qayğı ilə əhatə etməlidir.

Fəlsəfə və politologiya kafedrasının müəllimi Kamran Vəlizadə Naxçıvan Dövlət Universitetində təhsil alan bu kateqoriyaya daxil tələbələrin təhsilə inteqrasiyası sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, universitet “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının əsasının qoyulması”(ESFIDIP) adlı Tempus layihəsinin iştirakçısıdır. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasına zəmin yaratmaq, Azərbaycanın ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatların hazırlanmasından ibarətdir. Sonra mövzu ətrafında diskussiya aparılıb.