Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ İNSAN HÜQUQLARI MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

13.12.2017

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və insan hüquqları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  insan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edilib, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Vurğulanıb ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

Heydər Əliyev və Azərbaycan Respublikasının ilk milli konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısı kimi adlı çıxışında Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilov ümummilli liderin  insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, 1950-ci ildən başlayaraq 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

İnsan hüquqlarının formalaşması və inkişaf tarixindən adlı çıxışında Dövlət hüququ ixtisası üzrə I kurs magistr Əziz Qasımov insan hüquqlarının formalaşma tarixindən danışıb. Bildirilib ki, Azərbaycan yeganə ölkədir ki, burada 18 iyun Milli İnsan Hüquqları Günü qeyd olunur.