Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NDU-DA “NAXÇIVANDA TURİZM VƏ REKREASİYA XXI ƏSRDƏ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB.

15.12.2017

Universitetin  elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova “Turizmin dövlət tənzimlənməsi” adlı məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə ölkədə siyasi vəziyyət sabitləşməyə, iqtisadi-sosial həyatın bütün sahələri, o cümlədən turizm sahəsi sürətli inkişaf etməyə başlayıb. Vurğulanıb ki, turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapıb. Belə ki, 1999-cu ildən başlayaraq turizm sektorunun inkişaf etdirilməsini nəzərdə tutan çoxsaylı mühüm qanunlar qəbul olunub, sərəncamlar imzalanıb. Hazırda ölkə başçısı İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda turizm yüksələn xətt üzrə inkişaf etməkdədir.

Kafedranın müəllimi Nigar Bababəyli “Naxçıvanda tarixi-mədəni turizm” adlı məruzəsində Naxçıvanda zəngin tarixi-mədəni abidələrin, böyük turizm potensialının mövcud olduğunu deyib. Vurğulanıb ki, muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra bu sahəyə diqqət daha da artırılıb. Belə ki, 1200-ə yaxın tarixi abidəmiz qeydiyyata alınıb, “Naxçıvan Abidələri Ensiklopediyası” nəşr olunub, 50-dən çox tarixi-mədəni abidə bərpa və təmir edilib.

Duzdağ Fizioterapiya Mərkəzinin allerqoloq həkimi Nazim İbrahimli “Duzdağ Fizioterapiya Mərkəzində sağlamlıq turizmi” adlı məruzəsində qeyd edib ki, “Duzdağ” Fizioterapiya Mərkəzi müasir standartlara cavab verən səviyyədə qurulub. Burada müalicə və istirahət üçün mükəmməl şərait yaradılıb.

Turizm və sosial-mədəni servis ixtisasının I kurs magistrantı Fatmaxanım Əhmədli “Naxçıvanda təbiət abidələrinin turizm baxımından  dəyərləndirilməsi” adlı məruzəsində bildirib ki, Naxçıvan Muxtar Respublikasının  geniş turizm potensialı. Bildirilib ki, tarixi və mədəni irsi qorumaq hər birimizin vətəndaşlıq borcudur.