Sayt xəritəsi

XƏBƏRLƏR

İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNSAN SAĞLAMLIĞINA TƏSİRİ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

21.12.2017

Naxçıvan Dövlət Universitetində İnformasiya-kommunikasiya texnologiyalarının insan sağlamlığına təsiri mövzusunda dəyirmi masa keçirilib. XXI əsri texnologiya əsri kimi qiymətləndirən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elmin və təhsilin bütövlükdə inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin qurulmasını təmin edən informasiya-kommunikasiya texnologiyalarının artan inkişafından danışıb.

Müasir texnoloji avadanlıqların insan sağlamlığına göstərdiyi ziyanlı təsirlər mövzusunda Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi, Tibbi klinik fənlər kafedrasının müəllimi Rəşadət Nabatov internet asılılığının törətdiyi bir çox xəstəliklərdən danışıb. Qeyd olunub ki, internetdən lazımi qaydada istifadə olunmaması insan orqanizmində ağır fəsadlara yol aça bilər.

Universitetin İKT mərkəzinin direktoru Rüstəm Məmmədov ali təhsil müəssisəsinin elektron saytı olan ndu.edu.az saytı haqqında tələbələri məlumatlandırıb. Bildirilib ki, universitetin struktur bölmələri, burada keçirilən tədbirlər sayt vasitəsilə öz oxucularına çatdırılır. Qeyd olunub ki, internetin saymaqla bitməyən faydaları ilə bərabər internet asılılığının psixoloji travmalarla, asosiallıqla nəticələnən fəsadları da mövcuddur. Vurğulanıb ki, zərərli informasiyalardan, saytlardan istifadəni məhdudlaşdırmaq məqsədilə filtrlərdən istifadə olunmalıdır.

Sonda mövzu ilə bağlı fikirlər səsləndirilib.