Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

SƏRGİ KEÇİRİLİB

23.12.2017

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində memarlıq və informasiya texnologiyaları ixtisası tələbələrinin əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış olub.

Sərgidə külək generatoru, Tesla qülləsi, induksiya aparatı, elektron işıqfor qurğusu, elektron “dəniz mayakı” qurğusu və mikro-dron maketləri, eləcə də “ağıllı dayanacaq”, yaşayış və bağ evlərinin, park, kafe, muzey binalarının layihələri nümayiş olunub. Həmçinin sərgidə tələbələr tərəfindən çəkilən  Naxçıvan diyarının qədim tarixi-memarlıq abidələrinin fotoları də yer alıb. Sərgidə fərqlənən tələbələrə universitet rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Daha sonra fakültədə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Zəka oyununda fakültənin informasiya texnologiyaları və sistemləri mühəndisliyi, meliorasiya və su təsərrüfatı mühəndisliyi, yerüstü nəqliyyat ixtisası tələbələrindən ibarət üç komanda iştirak edib. Tələbələrə ümumilikdə 30 sual, sualların cavablandırılması üçün isə bir dəqiqə vaxt verilib. Cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov oyunun gedişini izləyib. Nəticələrə əsasən informasiya texnologiyaları və sistemləri mühəndisliyi komandası qalib gəlib. Qalib komandaya kitablar hədiyyə olunub.