Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

KİTAB TƏQDİMATI KEÇİRİLİB

23.12.2017

 Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində iqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədovun “Vergilər” və “Dövlətin büdcə vergi siyasəti” kitablarının təqdimetmə mərasimi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq Azərbaycanın iqtisadi uğurlarının əldə edilməsində vergi siyasətinin mühüm rolunu qeyd edib. Vurğulanıb ki, bu gün həyata keçirilən vergi siyasəti ölkənin iqtisadiyyatının güclənməsinə və qüdrətlənməsinə ciddi təsir göstərir. Bu baxımdan hər iki kitabda əhatə olunan mövzular aktualdır.

Mühasibat uçotu və maliyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov kitab haqqında ümumi söz deyib. Vurğulanıb ki, hər iki dərslik dörd fəsildən ibarətdir və kitablarda vergilərin nəzəri əsasları, onların təsnifləşdirilməsi, vergi sistemi və dövlətin yeritdiyi vergi siyasəti, büdcə-vergi siyasətinin sosial-iqtisadi mahiyyəti, məqsəd və vəzifələri və s. məsələlər geniş izahını tapıb. Teymur Abbasov kitabların əhəmiyyətini qeyd edərək müəllifi təbrik edib.

“Büdcə-vergi siyasətinin iqtisadi mahiyyəti və konseptual əsasları” mövzusunda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova  bildirib ki, büdcə-vergi siyasəti dövlətin maliyyə siyasətinin tərkib hissəsi olmaqla büdcə formalaşması siyasətini ifadə edir və büdcə-vergi siyasətinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü təsir göstərir. Çıxışda həmçinin müstəqillik illəri ərzində Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının vergi sistemində aparılmış genişmiqyaslı islahatlardan, həyata keçirilmiş kompleks tədbirlərdən danışılıb.

Kitabın müəllifi, iqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədov universitet rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. Tədbirdə dərsliklər ətrafında müzakirələr də aparılıb.Sonda xatirə şəkli çəkdirilib.