Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV LEKTORİYASININ NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLİB

27.12.2017

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 217-ci məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən rektor bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti milli diasporun formalaşmasında, onun mütəşəkkil hərəkata çevrilməsində mühüm rol oynayır.


Ümummilli lider Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi adlı çıxışında Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev qeyd edib ki, Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verib.  Vurğulanıb ki, həmin qurultayda Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparması gələcəyə planlanmış uzaqgörən siyasi bir addımdır.


Rektor tədbir iştirakçılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.