Sayt xəritəsi

XƏBƏRLƏR

“MƏNİM TƏLƏBƏ DÜNYAM” ADLI VİDEO-MÜSABİQƏNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

27.12.2017

Naxçıvan Dövlət Universitetində 31 dekabr Dünya AzərbaycanlılarınınHəmrəylik Gününə həsr olunmuş “Mənim tələbə dünyam” adlı video-müsabiqəyə yekun vurulub. Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu cür tədbirlərin Naxçıvan Dövlət Universitetinin tanıdılması, ümumilikdə muxtar respublikamızda təhsil üçün yaradılan müasir şəraitin video-nümayişi baxımından əhəmiyyətini qeyd edib. Rektor tələbələri növbəti müsabiqələrdə daha aktiv olmağa çağırıb.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və universitet həyatını, tələbə dünyasını əks etdirən  videolarda tələbələrin yaradıcı işi əsas götürülüb. Videolar Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 20-dən çox video buraxılıb.   Qaliblər universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 video arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən Təsviri-incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbani Əliyeva müsabiqənin qalibi olub.  Xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Əsmər İbrahimbəyli II, həmin ixtisas üzrə  I kurs tələbəsi Rövşən Rüstəmov III  yerləri tutublar. İki tələbə isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.