Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

30.12.2017

Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra əlamətdar tarixi günlər barədə məlumat verilib.

Universitetin İncəsənət  fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndirib. Xarici tələbələrin ifasında Azərbaycan xalq mahnılarından olan “Sarı gəlin”, “Pəncərədən daş gəlir” musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi  tədbirin rəngarəngliyinə səbəb olub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəhbərlik etdiyi ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edib. Qeyd edilib ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır. Hazırda bu bayram xaricdə yaşayan həmvətənlərimiz tərəfindən dünyanın 70-dən çox ölkəsində qeyd olunur. Rektor  2017-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu il olduğunu, 2018-cü ildə isə qarşıda daha mühüm vəzifələrin dayandığını vurğulayıb. Sonda xatirə şəkli çəkdirilib.