Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ “N” SAYLI HƏRBİ HİSSƏNİN ŞƏXSİ HEYƏTİNƏ BAYRAM SOVQATI TƏQDİM OLUNUB.

30.12.2017

Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Universitetin rektoru Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib.

“N” saylı hərbi hissənin şəxsi heyəti adından çıxış edən mayor Şahin Əliyev  ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.

Sonra gətirilən 32 adda ərzaq və qeyri-ərzaq məhsulları əsgərlərə təqdim olunub.