Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ TARİX-FİLOLOGİYA FAKÜLTƏSİNDƏ 20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLİB

19.01.2018

 Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib.

Tarix üzrə fəlsəfə doktoru,  dosent Rəsul Bağırov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

Tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarov 28 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb.

Sonda tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.