Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏLƏRİ ÇANKIRI KARATEKİN UNİVERSİTETİNDƏ SEMESTRİ UĞURLA BAŞA VURUBLAR

19.01.2018

2017-ci ilin sentyabr ayında Türkiyənin Çankırı Karatekin Universitetində 1 semestrlik təhsil almaq üçün göndərilən 15 tələbə semestri uğurla bitirib Naxçıvana qayıdıblar. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq xarici ölkələrlə bağlanmış beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. Dövlət dəstəyi hesabına milli təhsil sistemimiz günü-gündən  inkişaf edir-deyən rektor ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas saymalarını və  bu istiqamətdə tələbə mübadiləsini davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr seçilib və 1 semestr təhsil almaq üçün 4 tələbənin Şota Rustavelli adına Batumi Dövlət Universitetinə, 3 tələbənin isə Penza Dövlət Universitetinə göndərilməsi planlaşdırılır.

Çankırı Karatekin Universitetində təhsil alan tələbələrdən Turizm və otelçilik ixtisası üzrə III kurs tələbəsi Rəcəb Səfərov keçirilən imtahan nəticələrinə görə qrup üzrə 27 tələbə arasında I yeri tutub. Fortepiano ifaçılığı ixtisası üzrə III kurs tələbəsi Rövşanə İsmayılovanın  isə klassik musiqilərlə bərabər Azərbaycan mahnılarından ibarət solo konserti olub. Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova tələbələrin ixtisas təhsili ilə bərabər Naxçıvan Dövlət Universitetini, muxtar respublikanı tanıdılması istiqamətində gördükləri işlərdən danışıb. Tələbələr adından göstərilən diqqət və qayğıya görə minnətdar olduğunu bildirib.

Qeyd edək ki, Erasmus+Key Action çərçivəsində Naxçıvan Dövlət Universitetinin 10 nəfər müəlimi 2017-ci ilin aprel ayında Çankırı Karatekin Universitetində 1 həftəlik müəllim mübadiləsi proqramında iştirak edib. Eyni layihə əsasında bu il fevral ayının 25-dən martın 3-ə kimi universitetin 13 nəfər müəllim heyəti həmin universitetdə olacaqlar.