Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MÜƏLLİMLƏRƏ FƏXRİ ADLAR VERİLİB

26.01.2018

Naxçıvan Dövlət Universitetində Distant təhsilin əsasnaməsinin müzakirəsinə həsr olunan yığıncaq keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ilk öncə Naxçıvan Muxtar Respublikasının Azərbaycan regionlarının investisiya reytinqinin lideri olmasını qeyd edib. Vurğulanıb ki, Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” hazırlayıb. Sonra rektor  universitetdə distant təhsili həyata keçirmək üçün xarici tələbələrlə iş üzrə dekanlıq nəzdində Distant Təhsil Mərkəzindən danışıb.  Qeyd edilib ki,  universitetdə distant təhsil Koreyanın KOİKA şirkəti ilə birgə həyata keçirilən “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində 2015-ci ildə istifadəyə verilən nsu.edu.az portalı üzərindən həyata keçirilir. İlkin mərhələdə Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus) ixtisasına tələbə qəbulu həyata keçirməyi planlaşdırılan distant təhsil öz fəaliyyətinə əcnəbi tələbələrin qəbulu ilə başlayır.

Rektor sonda  elmi-tədqiqat işlərinə, xaricdə və yerli mətbuatda dərc olunan məqalələrin ümumi sayına, ümumiyyətlə elmdə göstərdikləri xidmətlərə görə bir qrup alimə fəxri adlar və pul mükafatı təqdim edib. İlin alimi mükafatı müxtəlif elm sahələri üzrə verilib. Humanitar elmləri üzrə pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev, Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova, İctimai elmlər üzrə  iqtisad elmləri doktoru, professor Nazim Əhmədov ilin alimi fəxri adları ilə  təltif olunublar.