Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

KOREYANIN “KOICA” ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ UNİVERSİTETDƏ OLUB

22.02.2018

 Koreyanın Koica şirkətinin baş offisinin meneceri Xanım Kim Seongae, şirkətin Azərbaycan offisinin proqram-koordinatoru  Fidan Ağaconava və Koreyanın İnformasiya-Kommunikasiya Texnologiyaları və Təhsil üzrə mütəxəssisi cənab Lee Chul Hee Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor 2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsinin universitetdə uğurla icrası ilə bağlı  məlumat verib. 2015-ci ildə istifadəyə verilən  İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin bugünkü fəaliyyətindən danışıb. Qeyd olunub ki, 13 il bundan öncə “Elektron Naxçıvan-1” konfransında universitetin kompüterləşməsinin əsası qoyulub.  Rektor bu sistem əsasında, universitetdə mövcud texniki imkanlar hesabına yaradılan Distant Təhsil Mərkəzi haqda məlumat verib.

Qonaqlar universitetin İKT mərkəzində olub, elektron portal, universitetin saytı ilə tanış olublar. Vurğulanıb ki, şöbələr mövcud texniki imkanlardan maksimum dərəcədə yararlanır.  Nümayəndə heyəti layihəyə dəstək məqsədilə öz təkliflərini irəli sürüblər. İKT mərkəzi ilə birgə mövzu və müzakirələr aparılıb.