Sayt xəritəsi

XƏBƏRLƏR

XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ İNTERNET AKSİYA

23.02.2018

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar internet aksiya keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu qanlı soyqırımın tarixinə nəzər salaraq, erməni vəhşiliyindən, Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərdən danışıb. Vurğulanıb ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz qəddarlığı ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Universitet Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova internet aksiyanın keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verib, tələbələri aksiyada fəal iştiraka dəvət edib.

Sonra aksiyaya start verilib. İki saat davam edən aksiyada yerli və xarici tələbələrin iştirakı ilə dünyanın 55 ən tanınmış ali məktəbinin elektron ünvanına ingilis, fransız, alman, rus və fars dillərində Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilib.