Sayt xəritəsi

XƏBƏRLƏR

XOCALI FACİƏSİNİN 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ RƏSM SƏRGİSİ KEÇİRİLİB

24.02.2018

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Xocalı faciəsi qurbanlarına həsr olunmuş rəsm sərgisi təşkil olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərgidən əvvəl çıxış edərək Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıb, gəncləri daim vətənə xidmətə və sevgiyə səsləyib. Rektor bildirib ki, sərgi Xocalı faciəsinin, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sonra sərgiyə baxış olub. Burada ümumilikdə soyqırım hadisələrinin bütün gerçəkliklərini özündə əks etdirən 30-a yaxın rəsm əsəri nümayiş olunub.