Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI AVRASİYA UNİVERSİTETLƏR BİRLİYİNİN SAMMİTİNDƏ İŞTİRAK EDİBLƏR

26.02.2018

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşərrəf Məmmədova ilə birgə universitetin üzvü olduğu Avrasiya Universitetlər Birliyinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “EURİE 2018” sammitində iştirak ediblər. Sammit çərçivəsində təhsil sərgisi təşkil edilib. Sərgi çərçivəsində universitetin stendləri, jurnalları, loqoları iştirakçılara paylanılıb. Sərgiyə 100-ə yaxın ölkənin 200 yaxın universiteti qatılıb. Sərgidə Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin, Naxçıvan Dövlət Universitetinin və digər ali təhsil ocaqlarının nümayəndələri bilavasitə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə fikir mübadilələri apararaq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

Səfər çərçivəsində Avrasiya Universitetlər Birliyinin rəhbəri, İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydınla Naxçıvan Dövlət Universitetinin rektorunun görüşü olub.

Universitet əməkdaşları Mustafa Aydına Naxçıvan Muxtar Respublikasının tarixi abidəsini əks etdirən hədiyyə təqdim ediblər.

Qeyd edək ki, EURAS təhsilin sərhədlərini ictimaiyyətə açmaq və bütün Avrasiya bölgəsindən ali təhsil müəssisələri arasında məlumat və ən yaxşı təcrübənin mübadiləsini dəstəkləməyi məasəd qoyur.