Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

07.03.2018

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin akt zalında 8 Mart Beynəlxalq Qadınlar Gününə  həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə çalışan bütün xanım əməkdaşları və tələbələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qeyd edilib ki,  ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Vurğulanıb ki,  Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoyur.

Ülvilik, zəriflik, gözəllik rəmzi olan Azərbaycan qadını adlı çıxışında Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavini Çinarə Məmmədova bildirib ki, qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Diqqətə çatdırılıb ki, bu gün universitetimizdə də bir çox vəzifələrə qadınların irəli çəkilməsi muxtar respublikada qadın siyasətinin ən bariz nümunəsi sayıla bilər.

Tədbir İncəsənət fakültəsinin təşkil etdiyi konsert proqarmı ila davam edib.