Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ NAXÇIVANLI ŞAİR VƏ YAZIÇILARLA GÖRÜŞ OLUB

06.04.2018

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin akt zalında Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub.     Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd olunub ki, ümummilli lider  Heydər Əliyev mədəniyyətə, ədəbiyyata ən böyük qayğı göstərən şəxsiyyətlərdən biri olub, bu gün də həmin xətt uğurla davam etdirilir. Rektor muxtar respublikada da elmi mühitin inkişafı üçün hərtərəfli şəraitdən bəhrələnən yazarlarla  belə görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev Naxçıvan ədəbi mühiti: dünən və bugün adlı çıxış edib. Qeyd olunub ki, muxtar respublikada son 10 ildə 15 almanax işıq üzü görüb. 25 yazıçı fəxri adla, 19 ədəbiyyat adamı “Tərəqqi” medalı, 15 şair isə prezident mükafatına layiq görülüb. Prezident mükafatına layiq olanlar sırasında 7 nəfər gəncin olmasını muxtar respublikada gəncliyə olan diqqət və qayğının təzahürü olduğunu dilə gətirib.  Vurğulanıb ki, Sovetlər Birliyi dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi Birlik üzvlərinin sayə 70-nəfərə çatıb. Bu da bir daha onu göstərir ki, indi ədəbiyyat adamlarına daha çox qayğı göstərilir, onların yazıb-yaratması üçün hər cür imkan və şərait yaradılır.

Tədbirdə şairlərin şeirlərinin bədii qiraəti dinlənildikdən sonra Tarix-Filologiya fakültəsi tələbələri özlərinin müəllifi olduğu şeirləri səsləndiriblər. Sonda tələbələrin sualları cavablandırılıb.