Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

DOKTORANT VƏ DİSSERTANTLARLA GÖRÜŞ KEÇİRİLİB

13.04.2018

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun doktorant və dissertantlarının birgə iştirakı ilə “Azərbaycanda Doktorantura Təhsilinin Vahid Avropa Ali Məkanının Standartlarına Uyğunlaşdırılması və Strukturlaşdırılması” - “NİZAMİ  Layihəsi”-nin müzakirəsinə həsr olunmuş məlumatlandırılma tədbiri keçirilib.

Öncə çıxış edən universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyev Avropa İttifaqının “NİZAMİ Layihəsi” barədə ətraflı məlumat verib. Bildirilib ki, bu layihədə Azərbaycanın bir çox universitetləri iştirak edir. Əsas məqsəd Azərbaycanda doktorantura təhsilini təkmilləşdirmək, struktur, məzmun və ideya baxımından zənginləşdirərək Avropa standartlarına uyğunlaşdırmaqdır. Qeyd olunub ki, elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malik olan bu layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Prorektor “NİZAMİ Layihəsi”nin əhəmiyyətindən söz açaraq bildirib ki, layihə doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunu asanlaşdırmaqla yanaşı, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verəcək.

Sonda layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.