Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDERİN 95 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ” MÖVZUSUNDA FAKÜLTƏLƏRARASI BİLİK YARIŞMASI KEÇİRİLİB

10.05.2018

 Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Ümummilli liderin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda fakültələrarası bilik yarışması keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə Ulu Öndərin ideyalarını dərindən öyrənməyi tövsiyə edib, onun rəhbərlik etdiyi bütün dövrlərdə xalqının inkişaf və tərəqqisinə yönəlik görülmüş mühüm tədbirlərin əhəmiyyətini izah edib.

Universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Təbrizə Bağırova Ümummilli lider Heydər Əliyevin gəncliyə və təhsilə göstərdiyi qayğı mövzusunda çıxış edərək bildirib ki, Ümummilli liderimizin rəhbərliyi, tövsiyəsi ilə hazırlanmış proqramlar, strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin edib. Vurğulanıb ki, Respublikamızın Prezidenti cənab İlham Əliyev ümumilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.

Sonra “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda fakültələrarası bilik yarışmasına start verilib. Hər mərhələdə 12 sual olmaqla üç mərhələdən ibarət olan yarışda I yeri 49 xalla Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandası qazanıb. Sosial idarəetmə və hüquq fakültəsi  və İqtisad fakültəsi hərəyə 39 xal toplamaqla II,  İncəsənət fakültəsi komandası isə 33 xalla III yerə çıxıb.