Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” ADLI YAZI MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

14.05.2018

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilib.


Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründəki misilsiz xidmətlərindən, müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan danışıb, onun fəaliyyətinin əsas qayəsini elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibətin təşkil etdiyini bildirib. Vurğulanıb ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir. Rektor tələbələri təbrik edib və bu cür müsabiqələrdə daha aktiv olmağa səsləyib.


Müsabiqə komissiyasının üzvü, “Qeyrət” nəşriyyatının direktoru, Jurnalistika və Dünya ədəbiyyatı kafedrasının müəllimi  Samir Tarvediyev qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd  ölkə gənclərini ümummilli lider Heydər Əliyev şəxsiyyətinə hörmət, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaqdan  ibarətdir. Bildirilib ki, təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları mövzunun əhatə olunması, araşdırma və əsaslandırma, ifadə vasitələrinin zənginliyi ilə seçilib və  daha çox tələbələrin yaradıcılıq istiqamətində axtarışları dəyərləndirilib. Ayrı-ayrı fakültələrdən 25-ə yaxın yazı təqdim edilsə də, şərtlər daxilində 16 yazı müsabiqəyə buraxılıb.


Sosial iş ixtisası üzrə II kurs tələbəsi Turqut Həsənov müsabiqənin qalibi olub. Tərcümə (İngilis-Azərbaycan dilləri) ixtisası üzrə III kurs tələbəsi Təbəssüm Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Gülay Tahirli II, Radio-telejurnalistika ixtisası üzrə II kurs magistr Güntac Şahməmmədli, Tərcümə (İngilis-Azərbaycan dilləri) ixtisası üzrə III kurs tələbəsi Ceyhunə Həsənli, Müalicə işi ixtisası üzrə II kurs tələbəsi Nuray Quliyeva isə III yerə çıxıblar.


Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə I kurs magistr Aynur Həsənli, Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Zeynəb Hüseynzadə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Gülnaz Gülməmmədova isə həvəsləndirici yerlərə layiq görülüblər.


Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.