Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TİBB FAKÜLTƏSİNDƏ MƏZUN GÜNÜ QEYD OLUNUB

25.06.2018

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

“Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov qeyd edib ki, 25 nəfərlik tələbənin qəbulunun aparılması ilə yaradılan fakültədə hazırda 424 nəfər təhsil alır ki, bunların da 72-si nəfəri xarici ölkə vətəndaşıdır. Vurğulanıb ki, bu il müalicə işi ixtisası üzrə 23, stomotologiya ixtisası üzrə 24, həmçinin tibbi profilaktika ixtisası üzrə 11 və əczaçılıq ixtisası üzrə 17 məzun olmaqla ümumilikdə 75 tələbə səhiyyə müəssisələrinin sərəncamına göndərilir ki, onlardan 11-i xarici ölkə vətəndaşıdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziri Niyazi Novruzov gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb. Nazir məzunlarımıza cansağlığı, xoşbəxt gələcək, daima xalqımızın sağlamlığının keşiyində layiqincə durmağı arzulayıb.

Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik, tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk qadın pediatr alimi sayılan, 350-dən çox elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi olan akademik gələcəyin həkimlərinə peşənin dərin sirlərinə yiyələnmək barədə tövsiyyələrini çatdırıb.

Valideynlər adından Aytəkin Hacızadə, Ülviyyə Tarverdiyeva məzunlarımızı təbrik ediblər.

Sonra fakültənin məzunları həkim andının  qəbulu mərasimində iştirak ediblər.

Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.