Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA FAKÜLTƏLƏRARASI FUTBOL TURNİRİNƏ START VERİLİB

10.10.2018

 

Naxçıvan Dövlət Universitetində fakültələrarası futbol turnirinə start verilib. Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, yarışın baş hakimi Yusif Vəliyev universitetin rektoru, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmova raport verib.

Rektor universitetin hər il keçirdiyi idman yarışlarından danışıb. Ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdıran- rektor bu cür idman tədbirlərinin həm tələbələrin fiziki sağlamlığı, həm də asudə vaxtlarının səmərəli təşkilində əvəzsiz rol oynadığını bildirib. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb. Bunun üçün universitetdə yaradılan idman klubunda 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir.

Yarışın baş hakimi Yusif Vəliyev oyunun keçirilmə qaydaları haqda danışıb. Vurğulanıb ki, uduzan hər komanda növbəti oyunda iştirak hüququnu itirir.

Oyunlar püşkatma ilə müəyyən olunub. Turnirə Beynəlxalq münasibətlər və İncəsənət fakültələrinin oyunu ilə start verilib.