Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NÖVBƏTİ BİLİK YARIŞI KEÇİRİLİB

01.11.2018

 

Naxçıvan Dövlət Universitetində Kənd Təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamını diqqətə çatdıraraq bildirib ki,  noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Ulu öndərin ideyalarını uğurla həyata keçirən möhtərəm dövlət başçımız ilham Əliyev hər zaman aqrar sahənin inkişafına mühüm önəm verib. Məhz elə bunun nəticəsidir ki, bugün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi aqrar sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şamil Mahmudov kənd təsərrüfatının inkişaf dövründən danışıb. Bildirilib ki, Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və qeyri – neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.

Şərtlər barəsində iştirakçılara məlumat verildikdən sonra yarışa start verilib. 6 komandanın iştirak etdiyi “Qala”, “Əlincə”, Zümrüd”, Xudafərin”, “Kəpəz” və “Günəş” komandaları 3 mərhələ üzrə yarış keçiriblər. I mərhələdə 15, digər iki mərhələdə isə 10 sual təşkil edilib. Oyunun qaydalarına əsasən I turda heç bir komanda oyundan kənarlaşdırılmayıb. II turda “Qala” və “Zümrüd” komandalar oyunu tərk etdikdən sonra III mərhələyə keçid olub. Qızğın gedən yarışın sonunda “Əlincə” komandası I yerə layiq görülüb.  Qalib komanda fəxri fərmanla mükafatlandırılıb.