Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

AZƏRBAYCANIN REGİONLARINDAN FƏAL GƏNCLƏRİN VƏ GƏNCLƏR TƏŞKİLATLARININ ÜZVLƏRİNDƏN İBARƏT 100 GƏNC NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUBLAR

01.12.2018

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycanın regionlarından və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 fəal gənc Muxtar Respublikaya ekskursiyası çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar haqqında geniş məlumat verilib. Qonaqlar İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olub. Məlumat verilib ki, kamera nəzarət sistemi otağında 2 kompüter, kameralara nəzarət etmək üçün 2 monitor quraşdırılıb. Universitetin Media Mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Jurnalistika ixtisasında təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasında media mərkəzinin fəaliyyətinin xüsusi yeri olduğu vurğulanıb. Universitetin kitabxanasında olan qonaqlar fond və oxu zallarıyla tanış olub, elektron kataloqdan istifadə qaydaları haqda məlumatlandırılıb.


Bakı şəhərindən Naxçıvana dəvət almış təlimçi Fəxri Məmmədli universitetdə tələbələrə “Motivasiya”, “Karyera və uğur” mövzularında təlim keçib.