Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA FRANSIZ DİLİ FƏNNİNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR ÜÇÜN KURS TƏŞKİL OLUNUB

01.12.2018

 

Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə fransız dili fənnini tədris edən müəllimlər üçün təkmilləşdirmə kursu təşkil olunub.

Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan kurs 5 gün davam edib.

Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “ Avropa dilləri və ədəbiyyatı” bölməsinin elmi katibi, Fransız dili ekspert şurasının rəhbəri Çəmən Babaxanova müəllimlərlə görüşərək tədris zamanı qarşılaşdıqları problemlər ətrafında müzakirələr edib. Vurğulanıb ki, hər yay fransız dili ixtisasını tədris edən müəllimlər Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Fransaya təkmilləşmə kursu üçün göndərilir. Qeyd olunub ki, gələcəkdə fransız dili fənni daha təkmilləşdirilmiş metod ilə tədris olunacaq.

Fransadan dəvət olunmuş Fransız dilinin Xarici dil kimi tədrisi üzrə metodist Ani Domanje Naxçıvanda fransız dilinin tədris metodlarını öyrədib, qarşılıqlı müzakirələr aparılıb.

Muxtar respublika üzrə 66 müəllimin iştirak etdiyi kursun sonunda bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyindən sertifikatları təqdim olunub.

Sonda qonağa hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.