Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA ƏL İŞLƏRİ SƏRGİSİ TƏŞKİL OLUNUB

26.12.2018

 

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə” həsr olunmuş texnologiya ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov fakültədə tələbələr üçün hər cür şərait yaradıldığını dilə gətirib. Yaradılan şəraitdən səmərəli istifadə etdiklərinə və ortaya çıxardıqları gözəl əl işlərinə görə tələbələrə təşəkkürünü bildirən rektor gələcəkdə bu bacarıqlarını daha da profesional şəkildə həyata keçirmələrini arzulayıb.

Fakültənin Fənnlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid kafedranın nəzdində tikiş, toxuculuq, kulinariya, əl işləri muzeyi,  metal və ağac emalı texnologiyaları kabinələrinin fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin yaxın zamanlarda “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” kabinəsinin yaradılacağını bildirilib.

100-dən çox əl işinin nümayiş olunduğu sərgidə Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan Aygün Əsgərova qalib olub. Həmin ixtisasın tələbələri Aytac Həsənzadə II, Elmira Məmmədova isə III yerə layiq görülüb. Qaliblərə diplom və mükafatlar verilib.

Texnologiya müəllimliyi ixtisasının tələbələri Nərmin Quliyeva, Gülcan Tağıyeva, Səmra Əlisoyluya isə həvəsləndirici diplomlar təqdim olunub.