Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN MUXTAR RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

28.12.2018

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq təşkil olunan tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bildirib ki, müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirliyin əlaqədar şöbə və sektorları, tabeli idarə və müəssisələri tərəfindən tələbələrin istehsalat təcrübələrini səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Ekologiya mühəndisliyi ixtisasının tələbələrinin bu tədris ilində nazirliyin təşkilatçılığı ilə istehsalat təcrübəsində olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, gələcəkdə bu sahədə birgə fəaliyyət ardıcıllığının təmin edilməsi üçün tədbirlər planının hazırlanması görülən işlərin səmərəliliyini artıracaq.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamdan irəli gələn vəzifələrin icrasının savadlı və təcrübəli kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə nazirliyin şöbə müdiri, istehsalat təcrübəsinin qrup rəhbəri Azər Məmmədov, universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov və istehsalat təcrübəsi keçmiş IV kurs tələbəsi Nahid Hüseynov çıxış ediblər.
 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.