Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TƏLƏBƏLƏRİN MÜKAFATLANDIRILMA MƏRASİMİ OLUB

28.12.2018

Naxçıvan Dövlət Universitetində tələbələrin mükafatlandırılma mərasimi olub. Müxtəlif idman yarışlar, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin də qatıldığı tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanları qiymətləndirən-rektor keçirilən tədbirlərin  əhəmiyyətini vurğulayıb.

Sonra yarışlarda iştirak edən tələbələrin mükafatlandırılması olub.  Azərbaycan Respublikası birinciliyində boks üzrə yarışlarda qalib olan Sərxan Əliyev mükafatlandırılıb.
Muxtar respublika birinciliyində keçirilən “18 oktyabr Dövlət müstəqilliyi günü”nə həsr olunmuş yarışda Gülayə Cəfərova, 9 noyabr “Dövlət Bayrağı” gününə həsr olunmuş mağara turizmi üzrə yarışda türkiyəli tələbə Nazlıcan Çakır,  10-17 noyabr “Beynəlxalq Tələbə Həftəsi”nə həsr olunmuş stolüstü tennis üzrə yarışda qardaş ölkədən Kubulay Kumulay I yerə çıxıblar.
 
 Naxçıvanın “Gənclər paytaxtı” seçilməsinə həsr olunmuş muxtar respublika birinciliyində peyntbol, mini futbol üzrə komandamız I, voleybol üzrə komandamız isə II yeri qazanıb.

Badminton üzrə qızlar arasında muxtar respublika çempionatında türkiyəli tələbə Nazlıcan Çakır, şahmat üzrə Pərviz Qasımov qalib olublar.

I kurs tələbələri arasında futbol, voleybol üzrə Pedaqoji, Şahmat üzrə İqtisad , stolüstü tennis üzrə Xarici tələbələrlə iş üzrə dekanlıq qalib olublar.
Ümumi yarışların nəticələrini görə hərəyə 6 xal olmaqla Pedaqoji və İqtisad fakültələri I yerləri bölüşüblər.

Azərbaycan Gənclər və İdman Nazirliyi “İrəli” İctimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanın intellektual birincisi layihəsinin axtartap intellektual oyununda, Gənclər və idman nazirliyinin təşkilatçılığı  ilə beynəlxalq tələbə gənclər həftəsinə həsr olunmuş bilik yarışmasında, On/ Of, Təbiətsevərlər, Şən hazırcavablar klubunun yarışmasında, Gənclər fondunun təşkilatçılığı ilə keçirilən İnteqrasiya İnteqrativ İntellektual birinciliyində, Ailə, Uşaq, Qadın problemləri üzrə dövlət komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə dəyərləri” ilə bağlı III yaradıcılıq müsabiqəsində,  12 noyabr Konstitusiya Gününə həsr olunmuş universitetdaxili bilik yarışmasında, Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Milli həmrəyliyimiz, milli birliyimiz” mövzusunda yazı müsabiqəsində fərqlənən tələbələr mükafatlandırılıb.
Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.