Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QIŞ İMTAHAN SESSİYASI BAŞLAYIB

17.01.2019

2018-2019-cu tədris ilinin qış semestrində keçirilən  imtahanlar gün ərzində minimum 50 olmaqla 70-ə yaxın sayda  keçirilir. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı  ənənəvi-yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, gündə 5 sayda olmaqla keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq quraşdırılıb.
 
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

 Qış semestrində 1202 monitorinq və elektron qaydada 21672 tələbənin iştirakı ilə imtahan veriləcək. Bundan başqa 210 xüsusi qalibiyyət tələb edən və şifahi qaydada imtahanların keçirilməsi nəzərdə tutulub.

 2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 7 elektron və 3 yazılı olmaqla kamera ilə təchiz edilmiş 10 otaqda aparılır.

İmtahanlar hər korpus üzrə 1 imtahan rəhbəri və auditoriya üzrə iki nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatə əldə edə bilir. Hər sual üçün 1 saat vaxt müddəti nəzərdə tutulan imtahanda hər cavab  1 balla qiymətləndirilir.
 
Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.

Məlumat üçün onu da bildirək ki, hər il olduğu kimi bu il də universitetdə I kursları məlumatlandırmaq üçün maarifləndirici tədbir keçirilib. Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev və İKT və Elektron şöbəsinin elektron təhsil üzrə müavini Elgün Tağıyev imtahan prosesinin gedişi haqda ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.