Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA FAKÜLTƏLƏRARASI BİLİK YARIŞLARI KEÇİRİLİB

25.01.2019


Naxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş Nə? Harada? Nə zaman? adlı intellektual yarışı və voleybol yarışı təşkil olunub.


Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Gənclər gününün Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu dilə gətirərək əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib və  yarışma iştirakçılarına uğurlar arzulayıb.

Qiyabi və əlavə təhsil alan tələbələrin iştirak etdiyi yarış 10 komandadan ibarət olub. Yarışın qaydalarına əsaən hər suala 1 dəqiqə vaxt ayrılıb. Bir mərhələli yarışda tələbələr 25 sual əsasında dünyagörüşü biliklərini sınayıblar.

Tarix- filologiya və Pedaqoji fakültənin tələbələri yarışın qalibi olub. Qalib komandalara diplomlar təqdim olunub.

Universitetin İdman Kompleksində qiyabi və əlavə ali təhsil alan İqtisad və Pedaqoji fakültələrin tələbələri arasında voleybol yarışı baş tutub. Rektorluq və müəllim heyəti yarışın gedişini izləyiblər. Qızğın gedən yarışın sonunda Pedaqoji fakültənin komandası qalib gəlib. =